HƏMAS Qəzzada yeni atəşkəs təklifi hazırlayır

23.04.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

HƏMAS Qahirə danışıqlarında Qəzzada yeni atəşkəs təklif etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzeti məlumat yayıb.

Təklifdə razılaşdırılmış sayda fələstinli məhbusun əvəzində qalan bütün girovların bir mərhələdə azad edilməsi, İsrail ordusunun qüvvələrinin Qəzzadan son atəşkəs razılaşmasına uyğun olaraq saxlanılan mövqelərə çəkilməsi, hərbi əməliyyatların dayandırılması və humanitar yardımın daxil olmasına maneələrin götürülməsi daxildir.

Bildirilir ki, Həmas beynəlxalq zəmanətlə 5 illik atəşkəs tələb edəcək. Təklif Misirin təşəbbüsü əsasında Qəzzada mülki idarəetmə üzrə texnokratik komitənin yaradılmasını ehtiva edir. Həmas da Fəthlə barışmağa hazır olduğunu bildirir.

Bundan əvvəl “Times of Israel” qəzeti yazıb ki, HƏMAS İsraillə uzunmüddətli barışıq bağlamağa hazırdır, ona əsasən qrup silahlanmanın artırılması və tunellərin tikintisini dayandıracaq.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью