HƏMAS Qəzzadan çəkilir? ABŞ yə mesaj göndərildiyi iddia olunur

21.04.2025

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qətərin vasitəçiliyi ilə həyata keçirilən diplomatik trafik çərçivəsində HƏMAS-ın Qəzza zolağı rəhbərliyindən çəkilməyə hazır olduğunu ehtiva edən mesajların ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stev Vitkoffa çatdırılacağı iddia edilib.

“Əl-Ərəbiyyə” və “Əl-Hədas”-a danışan Fələstin mənbələrinin məlumatına görə, Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani bu mesajları qarşıdakı günlərdə ABŞ-yə çatdıracaq.

Xəbərdə HƏMAS-ın Qətərə göndərdiyi mesajlarda Qəzzadakı müharibənin bitməsinin ertəsi gün rəhbərlikdən çəkilməyə və İsraillə uzunmüddətli atəşkəs imzalamağa hazır olduğunu vurğuladığı bildirilib. Həmçinin qeyd olunub ki, təşkilat müharibənin tam dayandırılmasını ehtiva edən hərtərəfli razılaşma əsasında bütün israilli məhbusların təhvil verilməsinə razıdır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью