GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fələstinin HƏMAS hərəkatı silahlı mübarizəni dayandıraraq fəaliyyətini siyasi partiya kimi davam etdirməyə hazır olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb.
Nəşr yazır ki, qruplaşma fərdi liderlərinin Qəzzadan kənarda təqiblərə məruz qalmayacaqları təqdirdə anklavı tərk etməyin əleyhinə deyillər.
Lakin İsrail tərəfinin HƏMAS ilə gözlənilən sülh sazişinə müharibənin dayandırılması və Qəzza zolağından qoşunların çıxarılması ilə bağlı bənd daxil etməkdən imtina etdiyi bildirilir.
Ayşən Mustafa
Globalinfo.az