Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
“Report” xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Sami Əbu Zuhri bildirib.
“Müqaviməti silahsızlaşdırmaq qırmızı xəttdir və bu, müzakirə olunmayacaq. Onun (silahların - red.) yenidənqurma və ya yardım təchizatı ilə dəyişdirilməsinə razı olmayacağıq”, - o deyib.
Qeyd edək ki, yanvarın ortalarında İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər.
Sazişin icrasının birinci mərhələsi martın 1-də başa çatıb. Razılaşmanın birinci mərhələsində bütün israilli girovlar və öldürülənlərin cəsədləri vətənlərinə qaytarılıb. Bunun müqabilində İsrail 1 500-dən çox fələstinlini həbsdən azad edib, onlardan bəziləri Fələstin ərazilərindən qovulub.