Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
HƏMAS atəşkəs razılaşmasından bir neçə saat sonra Qəzza zolağında nəzarəti bərpa etmək üçün sürətlə hərəkətə keçib.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” yerli sakinlərin sözlərinə istinadla yazır.
Sakinlərin sözlərinə görə, qruplaşma Qəzza boyunca sürətlə hərəkət edərək güc nümayiş etdirməyə başlayıb.
Rəqibləri ilə silahlı toqquşmalara girib və İsraillə əməkdaşlıqda şübhəli bilinən fələstinliləri axtarır, zorakılıq göstərir.
Qeyd edək ki, oktyabrın 13-də Misirin Şarm əş-Şeyx şəhərində Qəzzada atəşkəs sazişinin imzalanması ilə bağlı Sülh Sammiti keçiriləcək.