HƏMAS: Razılaşmanın ikinci mərhələsinə hazırıq!

28.02.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

HƏMAS İsraillə Qəzzada atəşkəs haqqında razılaşmanın icrasını davam etdirməyə və razılaşmanın növbəti mərhələsinə keçməyə hazır olduğunu bəyan edib.

Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın Teleqram kanalında dərc olunan bəyanatında deyilir.

“Atəşkəs razılaşmasının həyata keçirilməsinin birinci mərhələsinin başa çatması, fələstinli əsirlərin Qəzzada saxlanılan israillilərə dəyişdirilməsi ilə HƏMAS əldə olunan razılaşmanın hər bir bəndini bütün mərhələlərdə və təfərrüatda yerinə yetirməyə tam sadiqliyini bir daha təsdiqləyir”, - bəyanatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью