HƏMAS rəsmiləri Ankarada səfərdədir

27.01.2026

Reyting.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Ankara görüşündə tərəflər Qəzza sülh planını və zolaqdakı humanitar vəziyyəti müzakirə ediblər.

Hakan Fidan Türkiyənin müxtəlif platformalarda, xüsusilə Sülh Şurasında qəzzalıların hüquqlarının qorunmasına yönəlmiş diplomatik səyləri barədə nümayəndə heyətinə məlumat verib.

Görüşdə, həmçinin Qəzza sülh planının ikinci mərhələsi ilə bağlı irəliləyiş, sektorda humanitar vəziyyət və digər regional məsələlər müzakirə edilib.

E. KAMAL


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью