HƏMAS sabah daha 6 yəhudi əsiri azad edəcək Adlar açıqlanıb

21.02.2025

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

HƏMAS İsraillə Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində sabah daha 6 yəhudi əsiri sərbəst buraxacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə açıqlama verib.

O, əsirləri adlarını açıqlayaraq, bildirib  sabah Eliya Koen, Ömər Şem-Tov, Ömər Venkert, Tal Shoham, Avera Mengistu və Hişam əl-Sayed Qəzzada Qırmızı Xaş Komitəsinin mənsublarına təhvil veriləcək.

Xatırladaq ki, İsrail mediası Hişam əl-Sayed və Avera Mengistunun 10 ildən artıqdır ki, Qəzza zolağında əsir saxlanıldığını yazıb.

Zülfiyyə MUSTAFAYEVA

MİAA.Z

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью