HƏMAS silahı nə zaman yerə qoyacağını açıqladı

02.08.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Radikal HƏMAS hərəkatı Fələstin dövləti elan olunmayanadək silahı yerə qoymayacağını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə hərəkatın rəsmi "Telegram" kanalında dərc edilmiş bəyanatda deyilir.

"Bir daha bildiririk ki, müqavimət hərəkatı milli və qanuni hüququmuzdur. Bu hüquq beynəlxalq konvensiyalar və normalar tərəfindən tanınır. İlk növbədə paytaxtı Şərqi Qüdsdə olan tam suveren, müstəqil Fələstin dövləti qurmaq hüququ bərpa olunmayana qədər bu haqdan imtina etmək olmaz", - mətndə vurğulanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью