HƏMAS silahı qoymayacaq Zərdüşt Əlizadə

13.10.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə Misirdə Yaxın Şərq Sülh Sammiti keçiriləcək. Müzakirə mövzusu isə Qəzza zolağında sülhün əldə olunmasıdır.

Sammitdən hansı nəticələr əldə oluna bilər?

Politoloq Zərdüşt Əlizadə Redaktor.az-a açıqlamasında bildirdi ki, dövlət başçıları və baş nazirlər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə toplanırlar.

"Sülh planının həyata keçirilməsi, mənim fikrimcə, real deyil. Nəticə o ola bilər ki, HƏMAS girovları diri və ya ölü şəkildə qaytaracaq. İsrailin uzun illərdir 2000-ə yaxın girovu var, onları azad edəcək. Mənim gözlədiyim müsbət hadisə budur. Trampın planına görə HƏMAS silahı yerə qoyacaq. Lakin HƏMAS silahı qoymayacaq. Bu, sadəcə Trampa bir şans və hörmət gətirmək, onun şöhrətini yüksəltmək üçün atılan addımdır. Sevinirəm ki, indiki halda atəşkəsdir. İsrail artıq bombalamaları və öldürmələri dayandırıb. Bu, özü müsbət hadisədir", - deyə siyasi şərhçi əlavə etdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью