HƏMAS silahı yerə qoymayacaq

06.10.2025

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Fələstin təşkilatı siyasi bürosunun üzvü Mahmud Mardavi bəyan edib ki, Donald Trampın Qəzza bölgəsində münaqişənin nizamlanması planına əsasən HƏMAS-ın silahı yerə qoyacağl ilə bağlı yayılan məlumatlar doğru deyil.

 HƏMAS-ın Telegram-kanalında verilən bəyənatda Mahmud Mardavi, Qəzza bölgəsində atəşin dayandırılması ilə bağlı aparılan danışıqlarda silahların yerə qoyulacağı ilə bağlı, Al Hadath və digər KİV-in yaydığı məlumatları təkzib edib.

 Xatırladırıq ki, Kütləvi informasiya vasitələrində bildirilib ki, HƏMAS guya slahlarını BMT-nin Misir-Fələstin üzrə fəaliyyət göstərən orqanına təhvil verməyə hazırdır.

 Rüstəm Hacıyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью