HƏMAS Siyasi Bürosu Türkiyəyə köçür? Nazir açıqladı

23.11.2024

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun Qətərdən Türkiyəyə köçməsi ilə bağlı iddiaları təkzib edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Biz artıq bu şayiələri təkzib etmişik, HƏMAS Siyasi Bürosu Türkiyəyə köçməyib”, - Fidan bildirib .

Qeyd edək ki, “Tayms of İsrail” adı açıqlanmayan ərəb diplomatına istinadən bildirib ki, Doha Qəzza danışıqlarında vasitəçiliyi dayandırdığını elan etdikdən sonra HƏMAS-ın yüksək rütbəli rəsmiləri Qətəri tərk edərək Türkiyəyə gediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью