HƏMAS sonuncu girovun dəfn olunduğu yer barədə məlumat verdiyini açıqlayıb

25.01.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Fələstin HƏMAS hərəkatı Qəzza sektorunda saxlanılan sonuncu israilli girovun qalıqlarının dəfn olunduğu yer barədə bütün məlumatları vasitəçilərə təqdim etdiyini bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə HƏMAS "Telegram" kanalında açıqlama yayıb.

Bildirilir ki, israilli hərbçi Ran Qvilinin qalıqlarının yerləşdiyi ərazi ilə bağlı mövcud olan bütün məlumatlar vasitəçilərə ötürülüb.

“Dediklərimizin doğruluğunu İsrailin hazırda göstərdiyimiz ərazidə cəsədin axtarışını aparması da təsdiqləyir”, – deyə açıqlamada vurğulanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью