HƏMAS təhdid etdi: İsrailli girovların həyatı...

19.03.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəzza sektorunda eskalasiya israilli girovların həyatını təhlükə altında qoyacaq.

Axar.az xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun üzvü Basem Naim deyib.

“Fələstinlilər arasında maddi və insan tələfatına səbəb olan bu təhlükəli eskalasiya Qəzza zolağındakı israilli girovlara da təsir edəcək və onların həyatlarını təhlükəyə atacaq”, - Naim bildirib.

Qeyd edək ki, martın 18-də İsrail aviasiyasının Qəzzaya endirdiyi zərbələr nəticəsində 404 nəfər ölüb, 562 nəfər isə yaralanmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью