HƏMAS tərksilah olmağa razılıq verdi

05.12.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Qəzza sektorundakı münaqişə tərəfləri və vasitəçilər Fələstinin HƏMAS hərəkatının tərksilah edilməsi barədə razılığa gəliblər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı mənbələrə istinadən məlumat yayıb.

“HƏMAS-ın ağır silahlarının müsadirəsi üçün ilkin addımlar barədə razılıq əldə edilib”, - mənbələr bildiriblər. 

Bildirilir ki, HƏMAS sülh prosesi çərçivəsində Qəzza sektorunun idarə edilməsindən imtina etməyə hazır olduğunu ABŞ tərəfinə təsdiqləyib.

Xatırladaq ki, oktyabrın əvvəli Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə İsraillə HƏMAS arasında atəşkəslə bağlı saziş imzalanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью