Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Əgər HƏMAS razılaşdırıldığı kimi üç gün ərzində girovları azad etməsə, İsrail Qəzza zolağında döyüşləri bərpa edəcək və bu daha intensiv olacaqlar.
"Unikal" xəbər verir ki, bu barədə İsrail mətbuatı siyasi rəhbərliyə istinadən məlumat yayıb.
Bildirilib ki, Təl-Əviv hadisələrin mümkün inkişafına hazırlaşır. Artıq ehtiyatda olan hərbçilər çağırılıb.
Yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşmasına əsasən, HƏMAS üç girovu şənbə günü azad etməyə razılaşdı, lakin qrup artıq İsrailin razılaşmanın şərtlərini pozduğunu iddia etdiyi üçün girovların azad edilməsini dayandırdığını bildirib.
Ağarza Elçinoğlu