Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Söhbət heç bir tərəflə əlaqəsi olmayan Fələstin texnokratlar Komitəsinin yaradımasından gedir..." HƏMAS və Fələstin Muxtariyyətində hakim Fələstin Milli Qurtuluş Hərəkatı (FƏTH) partiyası müharibədən sonra Qəzza bölgəsinə birgə nəzarət edilməsi planı üzərində işləyir.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşr qeyd edir ki, bu yaxınlaradək barışmaz rəqiblər bu məsələdə konsensus əldə edib.
Planın əsas bəndi heç bir tərəflə əlaqəsi olmayan "Fələstin texnokratlar komitəsi"nin yaradılmasını nəzərdə tutur.
Bu orqanın başlıca vəzifəsi döyüş əməliyyatları başa çatandan sonra yardımın paylanması və bölgənin bərpasına rəhbərlik etməkdən ibarət olacaq.
Nəşr qeyd edir ki, bu məsələdə HƏMAS və FƏTH arasında konsensusa nail olunması ABŞ və İsrailin Qəzzada seçkilərdən sonra müvəqqəti texnokrat hökumətin formalaşmalı olduğunu nəzərdə tutan planın gerçəkləşdirilməsinə kömək edəcək.
"HƏMAS Fələstin fraksiyaları ilə əlaqəli olmayan, bölgədə yardıma nəzarətə və onun bərpasına cavabdeh olan komitəyə açıqdır, bunu Dohada HƏMAS Siyasi Bürosunun üzvü Hüsəm Bədrən bəyan edib.