Həmas və İsrail arasında atəşkəs: ABŞ ın planında nələr var?

09.10.2025

Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misirdə ABŞ-ın  vasitəçiliyi ilə, Türkiyə və Qətərin zəmanəti ilə İsraillə Həmas arasında atəşkəs müqaviləsi imzalandı. Tərəflər girovları azad edəcək. Həmas Qəzzada idarəetməni növbəti mərhələdə təhvil verəcək. İsrail isə, Qəzzadan ordusunu çıxaracaq.

Qəzzadan Həmasın çıxarılması ABŞ və İsrailin planın tərkib hissəsi idi. Bununla yanaşı fələstinlilərin köçürülməsi planda var idi. Türkiyə, Qətər, Misir və Səudiyyə Ərəbistanın ABŞ -la danışıqları nəticəsində Qəzzada əhalinin zorla çıxarılmaması razılaşmada yer aldı.

B. Netanyahunun geri addım atması əsasən Qərb ölkələrinin Fələstin dövlətinin tanıması və İsrailə qarşı artan təzyiqlərin nəticəsi idi.

ABŞ prezidenti D. Tramp Həmas və İsrail arasında sülh yaratdığı üçün öz mövqeyini gücləndirəcək. Bir neçə gündən sonra D.Tramp Yaxın Şərqə "sülh missiyasını" reallaşdıran lider kimi səfər edəcək.

Politoloq Məhəmməd Əsədullazadə,

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью