HƏMAS və İsrail mübadilə mexanizmini razılaşdırdı

18.01.2025

Icma.az, Sitat.info saytına istinadən bildirir.

İsraillə razılaşma çərçivəsində azad ediləcək fələstinli məhbusların siyahısı mübadiləyə bir gün qalmış dərc ediləcək.

Sitat.info- nun məlumatına görə, bu barədə HƏMAS-ın "Telegram" kanalında bəyan edilib.

Bildirilib ki, girovların azad edilməsi mexanizmi İsrailin azad edəcəyi məhbusların sayından asılıdır.

"Siyahılar razılaşdırılmış mexanizm çərçivəsində hər mübadilə günündən əvvəl dərc ediləcək", - deyə bəyanatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью