HƏMAS və İsrail mübadilə üçün siyahıları bir birinə təqdim etdilər

08.10.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fələstinin HƏMAS hərəkatı və İsrail vasitəçilərlə Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində azad edilməsi planlaşdırılan girov və məhbusların siyahılarını bir-birinə təqdim ediblər.

Oxu.Az-ın HƏMAS-ın "Telegram" kanalına istinadən verdiyi xəbərə görə, bu barədə HƏMAS-ın rəsmi nümayəndəsi Taher ən-Nunu məlumat verib.

"Bu gün biz əvvəllər razılaşdırılmış meyarlara uyğun olaraq azad ediləcək girov və məhbusların siyahılarının mübadiləsini apardıq", - deyə o bildirib.

HƏMAS nümayəndəsi vurğulayıb ki, İsrailə verilən siyahılarda fələstinli məhbusların "razılaşdırılmış sayı" göstərilib, lakin radikalların məhz nə qədər insanın azad olunmasını tələb etdiyi bildirməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью