HƏMAS: Xalqımıza qarşı təcavüzün dayandırılmasına yönələn istənilən addımı alqışlayırıq

08.09.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Fələstinin HƏMAS hərəkatı ABŞ-ın Qəzza sektoru ilə bağlı verdiyi bəyanata cavab olaraq, bütün israilli əsirlərin azad olunması məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, HƏMAS-ın yaydığı bəyanatda deyilir: “Xalqımıza qarşı təcavüzün dayandırılmasına yönələn istənilən addımı alqışlayırıq”.

Həmçinin açıqlamada bildirilir ki, hərəkat “müharibənin dayandırılmasına dair aydın və konkret bir bəyanatın verilməsi, İsrail qoşunlarının Qəzza sektorundan tamamilə çıxarılması və bölgədə müstəqil idarəetmə komitəsinin qurulması şərti ilə bütün əsirlərin azad olunması məsələsini dərhal müzakirə etməyə hazırdır”.

ABŞ Prezidenti Donald Tramp isə özünün sosial media hesabında, İsrailin ABŞ-ın dəstəyi ilə yeni bir girov razılaşmasına razılıq verdiyini, HƏMAS-ın da bu razılaşmanı qəbul etməli olduğunu vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью