HƏMAS Xəlil əl Həyyanı yeni siyasi lider seçdi

20.07.2026

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

HƏMAS hərəkatı Xəlil əl-Həyyanın təşkilatın Siyasi Bürosunun yeni rəhbəri seçildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, təşkilatın yaydığı bəyanata görə, əl-Həyya 2024-cü ilin oktyabrında Qəzza zolağında İsrail ordusunun əməliyyatı zamanı öldürülən Yəhya Sinvarı bu vəzifədə əvəz edəcək.

1960-cı ildə Qəzza zolağında anadan olan Xəlil əl-Həyya HƏMAS-ın 1987-ci ildə yaradılmasından etibarən təşkilatın aparıcı simalarından biri hesab olunur.

Hazırda HƏMAS-ın Qəzza üzrə xaricdə fəaliyyət göstərən rəhbərlərindən biri və əsas danışıqlar aparıcısı olan əl-Həyya, 2024-cü ilin iyulunda İsmayıl Haniyənin və daha sonra Yəhya Sinvarın öldürülməsindən sonra təşkilat rəhbərliyində daha önəmli fiqura çevrilib.

İsrail rəsmilərinin məlumatına görə, əl-Həyya 2025-ci ildə Qətərin paytaxtı Dohada həyata keçirilən hücum zamanı hədəf alınan HƏMAS rəhbərlərindən biri olub.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью