Həmasdan İsrailə ÇAĞRIŞ

27.11.2024

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fələstinin HƏMAS hərəkatı Livan və İsrail arasında barışıq elan edildikdən sonra Qəzza zolağında atəşi dayandırmağa hazırdır.

Bakupost.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi qrupun nümayəndəsinə istinadən məlumat yayıb.

Noyabrın 27-də İsrail Müdafiə Qüvvələri ilə Livanın şiə Hizbullah hərəkatı arasında bir gün əvvəl imzalanmış atəşkəs razılaşması qüvvəyə minib.

ABŞ prezidenti Co Bayden bildirib ki, sənəd hərbi əməliyyatların həmişəlik dayandırılmasını və Livan-İsrail sərhədində mülki əhalinin zərər çəkmiş ərazilərə qayıtması üçün şəraitin yaradılmasını nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью