HƏMASın daha bir komandanı məhv edildi

31.12.2024

Icma.az bildirir, Axar.az portalına istinadən.

Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsində HƏMAS-ın səhra komandiri Əbd əl-Hadi Sabah öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, Sabah 7 oktyabr 2023-cü ildə Qəzza zolağı sərhədi yaxınlığında Kibbutz Nir Oza silahlı hücuma rəhbərlik edən yüksək səviyyəli komandirlərdən biri olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью