HƏMASın HHM qüvvələrinin başçısı öldürülüb

06.12.2024

Operativmedia portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Operativ Media" xəbər verir ki, Əl-Nəccar müharibə boyu İsrail dövlətinə və İsrail qoşunlarına hücumların rəhbərlərindən biri olub.

“Məqsədli əməliyyat zamanı HƏMAS-ın Qəzza şəhərindəki hava bölməsinin rəhbəri və Qəzza zolağında HƏMAS-ın hava hücumundan müdafiə bölməsinin komandiri Nidal əl-Nəccar məhv edilib”, - məlumatda deyilir.

Qurumdan bildirilib ki, İsrail ordusu İsrailin mülki şəxslərinə və Müdafiə Qüvvələrinə qarşı terror fəaliyyətlərində iştirak edən hər kəsi təqib etməyə davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью