HƏMASın yüksək rütbəli rəsmisi İzzəddin Kassab öldürüldü İsraildən KRİTİK İDDİA | Icma.az
Icma.az, Sitat.info portalına istinadən məlumat verir. İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində bu gün həyat
Sitat.info bu barədə xarici mediaya istinadən xəbər verir. İsrail 392 gündür Qəzza zolağında qanlı hücumlarını davam etdirir.
İsrail qüvvələri bu gün Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə hücum edib.
İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada HƏMAS-ın yüksək rütbəli rəsmisi İzzəddin Kassabın cənub şəhərindəki hücumlarda öldürüldüyü iddia edilib.
Bəyanatda deyilir: “Kəssab mühüm bir güc mənbəyi idi və roluna görə HƏMAS-ın Qəzza zolağındakı digər qruplarla strateji və hərbi əlaqələrinə cavabdeh idi.
O, İsrail dövlətinə qarşı terror hücumlarını idarə etmək səlahiyyətinə malik idi.
İsrail ordusu eyni hücumda Kassabın müavini Ayman Ayeşin də öldürüldüyünü iddia edib.
Türkanə, Sitat.info Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu