Həmədanda Mossad la əlaqədə şübhəli 30 nəfər saxlanıldı

20.06.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

İranın hüquq-mühafizə orqanları 13 iyundan etibarən Həmədan vilayətində 30 nəfəri saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə regional polis idarəsinin rəisi Cəlal Cəfəri bildirib.

Onun sözlərinə görə, həmin şəxslər İsrailin kəşfiyyat xidməti "Mossad" ilə əlaqələrdə şübhəli bilinir.

"Son həftə ərzində sionist rejimini dəstəkləməkdə və "Mossad" ilə əlaqələrdə şübhəli bilinən 30 nəfər saxlanılıb", - deyə o bildirib.

C.Cəfəri əlavə edib ki, onlardan ən azı 14 nəfəri sosial şəbəkələrdə mesajlar paylaşaraq ictimai iğtişaşlar törətməyə çalışıb, bəziləri hərbi obyektlərin yaxınlığında şübhəli şəkildə gəzib, digərləri isə yanğınlar törədib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью