Həmədanda təqaüdçülər etiraz aksiyası keçiriblər

27.05.2025

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Telekommunikasiya Şirkətinin həmədanlı təqaüdçüləri mayın 26-da yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Məlumata görə, təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin 3 ildən çoxdur eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью