Həmid Herisçi: 5 dəqiqə vaxt verilmişdi hamımıza | Icma.az
Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Bu il şair Həmid Herisçinin 65 illik yubileyidir.
Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir. AvtoşAvtomobillərin cərimə meydançası, Qaçqınların çayçısı görünür pəncərəmdən.
Budu, Bir yuxudu qismətimdəki bu acı mənzərəm. Allah, qurtar məni bu "Cinayət və cəza" süjetindən. Lənətindən.
Baxışlarım bəzən ayrılmır ordakı ən tozlu avtomobillərdən. Xüsusən, birindən.
Sahibi, yadımdadi, deyirdi: "Sabah mütləq gələcəm, Cəriməni ödəyəcəm". Üç il keçdi bu vədin üzərindən.
Opera və Balet Teatrının iki bileti, ödənilməmiş iki bank krediti içində saralib tamam. Ancaq o gün dün, o iki kredit sahibi yuxuma girdi...
Məni notariusa gətirdi. etibarnamə verdi... o tozlu, borclu avtomobilinə. Dedi halalındı, Dədə malındı. Bir az kreditim qalıbdı, ödəyərsən.
Çalış, mən kimi ölməyəsən. Küləyin tən yarısıydı Yanıqlı ahı.
Tam oxu
Xəbəri oxu