Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Həmid Herçsinin “Yapon hokkusu” adlı yeni şeiri ilk baxışda xokkeydən, keçmişdən, bir neçə adamın xatirəsindən danışan qəribə və ironik mətn təsiri bağışlayır.
Amma misraların alt qatında başqa bir tarix tərpənir: öldürülənlər, sağ qalanlar, adları yaddaşdan silinənlər və hələ də “cəhənnəmdən” zəng edən səslər.
Başqa sözlə, şair burada tarixi danışmır, tarixin özünü danışdırır.
Gununsesi.info sözügedən şeiri təqdim edir:
Min doqquz yüz çoxdanıncı illərdəndi üzümdəki,
həmişəki bu kədər
P. S. O vaxtlar dəmir qapımız arxasında əvvəl bərkdən
öskürdülər.
– Sizi Azərbaycanın xokkey komandasına seçiblər
dedilər.
Təklifi, sanki gizlindəki bir başqasına da
eşitdirirdilər!
Çox-çox sonralar bircə nəfər,
“Sən və hazırcavab” Anar Məmədxanovun üzündəki sonsuz qəhər
mənə söylədi:
– Məni də xokkey forvardı seçmişdilər.
Bakının xokkey komandasındadı indi
Bütün bu ölülər.
Qatillər?
– Bütün dirilər!
– Doqquz iqlimi Azərbaycanda sevənlər!
– Cəhənnəmdən roominqlə zəng edənlər!
Min doqquz yüz çoxdanıncı illər.
Öl-dür-ül-dü-lər.
Bütün hok- ku- cu-lər,
Bütün xok- ke- ist- lər!
Həmid Hersçi