Həmidə Ömərova seçki prosesindən narazıdır Video

11.09.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən seçki prosesi ilə bağlı narazılığını bildirib.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə APA TV-yə müsahibəsində danışıb:

"Müstəqil platformanın seçilən nümayəndəsi kimi gözləyirdim ki, mənə söz verəcəklər. Amma nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi. Əgər kinematoqrafçıların bir qismi kiminsə namizədliyini irəli sürürsə, bunu da deməmək lazım idi.

Heyf ki, mən öz fikrimi deyə bilmədim. Alternativin irəli sürülməsinə imkan verilmədi. Mənə söz verilsə idi, öz platformamı deyəcəkdim. Artıq bunun mənası yoxdur. Bütün bunlara baxmayaraq, mən həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət etmişəm və bundan sonra da edəcəyəm".

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью