Hemilton bu dəfə rekord yox, antirekord müəyyənləşdirdi

07.09.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

"Ferrari" pilotu, yeddiqat dünya çempionu Lüis Hemilton Niderland mərhələsindən sonra arzuolunmaz rekordla yadda qalıb.

"Football-plus.az" xəbər verir ki, britaniyalı artıq ardıcıl 15 yarışı ilk “3-lük”də başa vura bilməyib və bu, İtaliyanın əfsanəvi komandasının pilotları arasında yeni antirekorddu.
Əvvəlki rekord "Ferrari"nin heyətində 14 yarışı podiumsuz başa vuran italiyalı İvan Kapelliyə məxsus idi. İndi bu siyahıya Hamilton başçılıq edir.
2025 mövsümünün 15 mərhələsindən sonra yeddiqat dünya çempionu pilotların sıralamasında altıncıdı. Onun uğursuz seriyaya son vermək və podiuma yüksəlmək şansı hələ də var.
Xatırladaq ki, Hemilton 2018-ci ildə "Mersedes"in heyətində “Formula-1”in Azərbaycan mərhələsinin qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью