Hemiltonun atası öz yarış seriyasını elan etməyi planlaşdırır

10.12.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeddiqat dünya çempionu və “Ferrari” pilotu Lyuis Hemiltonun atası Entoni Hemilton öz yarış seriyasını başlatmağı planlaşdırır.

İdman.Biz bildirir ki, bu barədə Reddit-də məlumat verilib.

Britaniya Ticarət nişanları reyestrinə görə, Entoni Hemilton aşağıdakı adları qeydiyyatdan keçirib: HybridV10, Hybrid World Series, Hybrid World Commission, Hybrid Grand Prix, HybridV10 World Motorsport Festival və HybridV8.

Seriyanın rəsmi saytına görə, çempionatın 2026-cı ildə elan edilməsi gözlənilir. Seriyanın adına əsasən, yarış çempionatında 10 silindrli hibrid mühərriklərlə təchiz olunmuş avtomobillər iştirak edəcək. Bunun kuza, yoxsa açıq təkərli seriya olacağı hələlik məlum deyil.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью