Sonxeber.az saytına istinadən Icma.az xəbər verir. "Həmin aktrisa tamaşada oynamağıma mane oldu" "4-cü sinifdə Şuşada oxuyanda dəhlizdə güzg
"Bobbi" filmini izləmişdim. Və güzgüyə baxıb dedim ki, "Mən ən tanınmış olacağam". Sanki bir anlıq alqış səsləri eşitdim".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova "Sabahın xeyir, Azərbaycan" verilişinə açıqlamasında deyib.
O, karyerasının ilk illərində həmin dövrün aktrisalarından birinin ona mane olmaq istədiyini deyib.
F.Mütəllimova həmin aktrisanın adını açıqlamayıb: "Universitetə qəbul olmuşdum. Evə qayıdanda gördüm ki, anam ağlayır.
Elə bildim sevinc göz yaşlarıdır. Sən demə istəmirmiş. O, məni ağ xalatda görmək istəyirdi.
Universitetdə olanda səhnəyə baxırdım, o bizim üçün çox müqəddəs idi. Düşünürdüm ki, İlahi, görəsən mən də o səhnədə çıxış edəcəyəm?
3-cü kursda mənə tamaşalardan birindən dəvət gəlmişdi. Amma o vaxtkı aktrisalardan biri buna mane oldu.