Milli.az saytına istinadən Icma.az xəbər verir. "Yaprak dökümü"nün aktrisası Deniz Çakır illər sonra ekran işinin finalından danışıb.
Milli.Az bildirir ki, o "Ferhunde" rolunu ürəyindən gəldiyi kimi oynayıb.
Həmin final səhnəsində isə ağlamaqdan yerdən qalxa bilmədiyini etiraf edib: "Ferhunde o şəkilə baxıb orada yerə çökür.
Səhnə orada bitir, amma mən ağlamaqdan yerdən qalxa bilmədim. Gözəl səhnə idi".
Xatırladaq ki, "Yaprak dökümü" 2006-2010-cu illərdə ekranlara gəlib.
Layihə nümayiş olunduğu müddətdə olduqca geniş tamaşaçı auditoriyasına və reytinqə sahib olub.
/baku.ws Milli.Az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.