“Həmin aparıcıları millət söyür” | Icma.az
Icma.az, Axsham.az portalına istinadən məlumat verir. “Cəmiyyət deyir, bayağı ifaçıları çağırma, mən də çağırmıram.
Savadlı ifaçıları çağırıram , amma onlara baxmırlar. Bəzi müğənnilər məndən inciyirlər”.
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev verilişində deyib.
O bildirib ki, bayağı mahnıların ifaçılarını artıq verilişinə çağırmayacaq: “Bir-iki müğənni var, daha reytinq vermir. Yalan deyirlər.
O xanımları çox çağırdınız, artıq reytinq vermirlər. Sübut da edərəm. TikTok-dan efirə gəldiniz, camaata maraqlı oldu.
Onları efirimə dəvət etməyəcəyəm. Etsəm, Tahirin oğlu deyiləm. Söyülmək istəmirəm. Reytinqinə güvənən aparıcıları camaat necə söyür”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu