Həmin çəkilişə görə nişanım qayıtdı

09.05.2025

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Əməkdar artist Nuriyyə Hüseynova tələbə vaxtı başına gələn hadisədən danışıb. 

Axşam.az xəbər verir ki, müğənni "İncə səhər" proqramında çəkilişə görə nişanını qaytardığını deyib:

"Dekanatlıqdan dedilər ki, bir neçə tələbə çəkilişə gedəcək. Nişanlı idim, nişanlım gəlib məni evə aparanda dedim ki, sabah çəkilişim var. Dayandı ki, çəkiliş nədir? Cavab verdi ki, belə şeylər bitsin. Oxumaq yox idi, tələbə kimi çəkiləcəkdim. Dalaşdıq, küsdük, hətta nişanı qaytardım. Verilişə də getmədim. Arada fasilə oldu, amma qismət idi, yenidən birləşdik. Ailə yükünü daşımaq asan deyil. Görnən və görünməyən tərəflər var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью