Həmin çıxışından sonra ona belə təşəkkür etdilər Video

02.02.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Fələstinin “Qəzza əl-İradə” amputant futbol komandasının üzvləri “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanı komandanın fəxri məşqçisi elan ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Məlumata görə, fələstinli futbolçular hazırladıqları xüsusi video ilə dünyaca məşhur mütəxəssisə Qəzza və Fələstin xalqına verdiyi humanitar dəstəyə görə təşəkkür ediblər.

Əllərində Qvardiolanın Fələstin kəfiyyəsi ilə fotosunu daşıyan idmançılar onun güclünün deyil, məhz məzlumun yanında dayanmasının bəşəriyyət adına mühüm bir mesaj olduğunu vurğulayıblar.

Xatırladaq ki, P. Qvardiola yanvarın 30-da etdiyi çıxışında “Əssalamu əleykum” deyərək dünyaya səslənmiş, dağıntılar altında “anam haradadır?” deyə fəryad edən uşaqların tək buraxıldığını və bəşəriyyətin bu sınaqdan keçə bilmədiyini ilə ifadə etmişdi. Fələstinli futbolçular Qəzzanın xarabalıqları arasında futbol oynadıqları görüntüləri paylaşaraq, Qvardiolanın həmin mövqeyinin onlara böyük mənəvi güc verdiyini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью