Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Filippinin cənubunda baş verən güclü zəlzələnin yeni görüntüləri sosial şəbəkələrdə yayılıb.
Milli.Az xəbər verir ki, kadrlarda insanların yeraltı təkanlar zamanı böyük qorxu və təşviş yaşadıqları görünür. Bir çox şəxsin təhlükəsizlik məqsədilə yerə oturduğu, ətrafdakıların isə qışqırıqlar içində hadisə yerindən uzaqlaşmağa çalışdığı əks olunub.
Zəlzələ zamanı yaşanan gərgin anlar izləyicilərin diqqətini çəkib. Sosial şəbəkə istifadəçiləri görüntüləri narahatlıqla izlədiklərini bildirərək təbii fəlakətin yaratdığı təhlükəyə diqqət çəkiblər.
Qeyd edək ki, Filippinin cənubunda qeydə alınan 7,8 bal gücündə zəlzələ bölgədə ciddi təşvişə səbəb olub. Hadisə ilə bağlı yayılan görüntülər insanların yaşadığı qorxu dolu anları bir daha gözlər önünə sərib.
Hüseyn
Milli.Az