Həmin dilənçi qızlar mağazalardan oğurluq edirmiş VİDEO

06.10.2025

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Son günlər sosial şəbəkələrdə gözlərinin qeyri-adi rəngi ilə məşhurlaşan Aysu adlı şəxs barəsində yeni məlumatlar yayılıb.

Moderator.az xəbər verir ki, Patrul.az-ın redaksiyasına daxil olan şikayətə əsasən, həmin şəxsin əxlaqa və qanunlara zidd hərəkətləri ilə bağlı videogörüntülər ortaya çıxıb.

Məlumatda bildirilir ki, videogörüntülərdə Aysu adlı gənc qızın qəlyan mağazasına daxil olduğu və oradan bir neçə qəlyanı oğurlayaraq ərazidən uzaqlaşdığı aydın görünür.

Hadisə ilə bağlı vətəndaşlar narazılıqlarını bildirərək məsələni hüquq-mühafizə orqanlarının diqqətinə çatdırıblar.

Yaxın zamanda hadisənin təfərrüatları və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью