Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Düşüncələrim dəyişəndən sonra yaxınlarımdan istədiyim dəstəyi görə bilmədim.
Onların gözlərində bəzən təşviş gördüm ki, sən nə edirsən, hara gedirsən?".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Müğənni Çingiz Mustafayev "Qapqara" yutub layihəsində deyib.
Sənətçi ruhani yolunda qarşılaşdığı çətinliklərdən söhbət açıb: "Amma yaxınlarım mane olmadılarsa, "dayan" demədilərsə, bunun özündə belə hikmət var.
Bu çox acıvericidir. Haçan ki, dostun səni dəstəkləyir, lakin inanmır. O inanmaq məcburiyyətində də deyil. Çünki mən öz yolumu keçirəm.
Ona görə də bir az qapandım. Yaşadıqlarımı içimdə tək yaşamağa çalışdım. O dönəmdə bu barədə söhbət edə biləcəyim insanlar çox yox idi.
Yalnız özüm araşdırırdım, mütaliyə edirdim. Artıq Moskva və Balidən sonra əhatəm böyüməyə başladı. Məkkəyə, Hindistana getdim.