Həmin evə bir ay əvvəl köçübmüş Saxlanılan təmizlikçidir

27.01.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, İmişlidə evlərdən birində baş verən yanğında 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcovun meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, onun bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətin olduğu müəyyən edilib.

Baş Prokurorluğun məlumatına görə, 1979-cu il təvəllüdlü Elnarə Cəfərovanın Sədrəddin Fərəcovu qəsdən öldürməsinə əsaslı şübhələr ortaya çıxıb və cinayət işi başlanıb.

Əldə etdiyimiz məlumata görə, Elnarə Cəfərova əvvəllər İmişli Rayon Mərkəzi Xəstəxanasında işləyib. İmişlidə pul qarşılığında evlərə gedib təmizlik işləri görürmüş.

Qətlə yetirilən İmişli rayonu Qaradonlu kənd sakini Fərəcov Sədrəddin Qüdrət oğlu isə bir ay əvvəl İmişlinin mərkəzində yaşamaq üçün kirayə mənzilə köçüb.

Ziya Əmirxanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью