Həmin gəminin 10 azərbaycanlı heyət üzvü ölkəmizə təxliyə edildi

16.07.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış “Atlas Bey” mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat yayıb.

Bildirilib ki, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью