Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir Deputat | Icma.az
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
23 aprel tarixi dünyada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd olunur.
Bu barədə qərar 1995-ci ildə Parisdə UNESKO-nun Baş konfransında qəbul edilib.
1996-cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd olunur.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini - keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır.
Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib. Deputat bildirib ki, həmin gün dünya ədəbiyyatında simvolik tarixdir.
23 aprel tarixi Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür: "UNESKO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.
Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir".
Tam oxu
Xəbəri oxu