“Həmin gün Zəhranı özümlə aparsaydım, indi yaşayırdı” VİDEO

29.07.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında qızını itirən tanınmış vəkil Fərhad Mehdiyev qızı Zəhranın ölümündən danışıb.

“Bakupost” xəbər verir ki, o, aparıcı Arzu Kəlbinin “Özünüzü ən çox nədə bağışlamırsınız” sualına belə cavab verib:

“Özümü çox şeydə bağışlamıram. Daxili “kaş”lar çoxdur. Qəza baş verən gün teatr var idi. Fikirləşmişdim ki, bəlkə, Zəhranı dəvət edim, teatra gedək. Amma eyni gündə Şüvəlanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tədbiri var idi. Həmin tədbirə getdim. Kaş getməzdim. Kaş Zəhra ilə plan qurardım ki, axşam teatra gedək. Mən onu teatra aparsaydım, təbii ki, o yola çıxmayacaqdı və həmin maşınla qarşılaşmayacaqdı. Özümü bağışlamadığım şeylər bir deyil, iki deyil...Təəssüf ki, çoxdur”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью