Həmin hadisədən sonra, 2 il Real ın oyunlarını idarə etmədim

27.12.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Həmin hadisədən sonra, 2 il "Real"ın oyunlarını idarə etmədim"

La Liqanın sabiq hakimi Xavyer Estrada Fernandeş "Real"ın keçmiş ulduzu Kriştiano Ronaldonu meydandan qovduğu üçün qarşılaşdığı cəzadan danışıb.

QOL.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb. Keçmiş referinin sözlərinə görə, 2009-cu ildə baş verən həmin hadisədən sonra o, təxminən iki il müddətinə "kral klubu"nun oyunlarını idarə etməkdən kənarlaşdırılıb.

Fernandeş həmin matçdan sonra Hakimlər Komitəsinin rəhbəri Viktoriano Sançes Arminiodan xəbərdarlıq zəngi aldığını etiraf edib:

“Həmin oyundan sonra evə qayıdanda Sançes Arminio mənə zəng etdi. O dedi ki, baş verənlər xoşuna gəlməyib, bu epizod bütün idman qəzetlərinin manşetində olacaq və bunun müəyyən nəticələri olacaq. Futbolun insanların bilmədiyi və ya bilmək istəmədiyi qaranlıq tərəfi var, bəziləri bundan öz məqsədləri üçün istifadə edirlər”.

Qeyd edək ki, söhbət İspaniya çempionatının 2009/2010 mövsümünün 13-cü turunda keçirilən "Real" - "Almeriya" (4:2) matçından gedir. Həmin görüşün 88-ci dəqiqəsində Ronaldo qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью