Həmin helikopter qəzasına pinqvin səbəb olubmuş

11.04.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvar ayının 19-da Cənubi Afrika Respublikasında qeydə alınan helikopter qəzasının başvermə səbəbi açıqlanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, helikopterin pilot kabinəsinə uçuş qaydalarına zidd olaraq salınan pinqvin qəzaya səbəb olub.

Cənubi Afrikanın Mülki Aviasiya İdarəsi (SACAA) Şərqi Keyp əyalətində helikopterin qəzaya uğraması ilə bağlı hesabatında bildirilib ki, ön oturacaqda əyləşən tədqiqatçının əlindəki qutuda daşınan pinqvin helikopter havaya qalxarkən qaçmağa çalışıb.

Bu vaxt qutu pilotun qarşısındakı idarəetmə pultunun üzərinə düşüb. Bu da yerdən 15 metr hündürlüyə qalxan helikopterin kəskin şəkildə sağ tərəfə dönməsinə səbəb olub.

Helikopter pilotun idarəetməni itirməsi nəticəsində havaya qalxdığı yerdən 20 metr aralıda qəzaya uğrayıb. 

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью