Həmin ifaçılar tərbiyəsizdir

25.11.2025

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Musiqi bazarı var ki? Bazar çoxdan dağılıb. Bazar onda olardı ki, bəstəkardan mahnı alırlar".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Afaqla 10lar" verilişində deyib. Müğənni artıq ifaçıların bəstəkarlardan mahnı almadığını bildirib.

Seyidcahan qeyd edib ki, "bayağı mahnı" oxuyanlar tərbiyəsizdir:

"Onlar "bayağı mahnı ifaçısı" yox, tərbiyəsizdilər. Bayağı hörmətlidir. Qara Qarayev bu dəhşəti bilsəydi başqa termin deyərdi. Biabırçılıq və tərbiyəsizlikdir. İndi əgər Xalq artistlərini yerindən duran təhqir edir, bunun qarşısı alınmırsa hansı "qara siyahı"dan danışa bilərəm? Sənətkarlar pula satılıb, yalandan tərifləyirlər. Sənətkarlar sənətkarları alçaldırlar. Cəsarət, əzm bizdədir: sənəti də, ailəmizi də saxlayırıq. Sənətdə duruşumuz var, heç zaman satılmadıq. Musiqidə kiməsə azadlıq verilirsə, bunlar olmamalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью