Həmin müəllimlərlə bağlı nazirliyə müraciət etmişik Məleykə Abbaszadə

04.02.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Marker (ekspert qiymətləndirici) kimi fəaliyyət göstərmək üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan təlimlərə müəllimlərin qoşulmasına çağırış etmişdim. Məqsəd markerlərin sayını artırmaqdır.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, müəllimlərin sertifikatlaşdırma prosesindən uğurla keçənlər arasında fənlər üzrə ən yüksək nəticə göstərənləri təlimlərə cəlb etmək üçün Elm və Təhsil Nazirliyinə rəsmi müraciət ünvanlanıb.

DİM rəhbəri prioritetin yüksək nəticə göstərən müəllimlər olduğunu vurğulayıb: “Müraciətdə sertifikasiya imtahanlarında fənlər üzrə ən yüksək nəticə əldə edən müəllimlərin siyahısının bizə təqdim olunması xahiş edilib. Bu siyahı əsasında həmin müəllimləri marker təlimlərinə cəlb edəcəyik. Bizim üçün vacibdir ki, həmin müəllimlər öz fənlərindən 90 faizdən yuxarı nəticə göstərsinlər. Belə müəllimlərin sayı kifayət qədər deyil”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью