Həmin nəticənin məntiqini əsaslandırmaq tələb olunur” Rektor

07.09.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Filippin universitetləri Generativ Süni İntellektin (GSİ)  etik istifadəsi və yeni qiymətləndirmə metodları üzərində işləyirlər. Bu yanaşma əzbərçiliyə əsaslanan yoxlamaları aradan qaldıraraq, gələcək məzunların Süni İntellekt ilə rəqabət aparmaq deyil, onu idarə etmək bacarıqlarına yiyələnməsini hədəfləyir. GSİ esse yazma və proqramlaşdırma tapşırıqlarını avtomatlaşdırdıqca,  universitetlər tələbələrin qiymətləndirilməsi sistemini köklü şəkildə dəyişirlər”.

Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib. Rektor bildirib ki, proqram rəhbərlərinə verilən əsas tapşırıq ənənəvi ev tapşırıqlarından və yazılı işlərdən imtina edərək qiymətləndirmə mexanizmlərini yenidən dizayn etməkdir. Yeni yanaşma davamlı və real vaxt rejimində şifahi müdafiələr, interaktiv proqram simulyasiyaları, layihə əsaslı komanda fəaliyyətləri və nəzarət altında keçirilən tənqidi düşünmə qiymətləndirmələri kimi qiymətləndirməyə əsaslanır:

“Bu modeldə tələbələrdən süni intellektin yaratdığı nəticəni sadəcə təqdim etmək deyil, həmin nəticənin məntiqini əsaslandırmaq tələb olunur”.

Sevinc Qarayeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью